Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda zorlamada təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Gəncə şəhər sakinləri - Asif Hüseynov, Vüsal Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Elşad Quliyevə isə 2 il icbari cəza təyin edilib.
Təqsirləndirilən şəxslər 2009-cu ilin iyunun 22-də 18 yaşlı Samirəni (ad şərti verilib) zorlayıblar. Onlar daha sonra 14 yaşlı Elmanla (ad şərti verilib) qeyri təbii yolla cinsi əlaqədə olublar. Zərərçəkmişlərin şikayəti əsasında təqsirləndirilən şəxsləri Gəncə şəhər Polis İdarəsinin əməkdaşları tutublar.