Azərbaycanda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən hərbi qulluqçunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 9 Fevral 2010 17:21 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik çavuş Ədalət Məmmədovun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Azərbaycanda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən hərbi qulluqçunun məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən hərbi qulluqçunun məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik çavuş Ədalət Məmmədovun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məmmədov bildirib ki, zərərçəkmiş Elvin Quliyevi qəsdən vurmaq niyyəti olmayıb. O, təsadüf nəticəsində açılan atəşdən Quliyevin yaralandığını bildirib. Eyniməzmunlu ifadə verən Quliyev də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.

2009-cu ilin sentyabrında Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində kiçik çavuş Ədalət Məmmədov xidməti istifadəsi üçün verilmiş avtomat silahdan açdığı atəş nəticəsində əsgər yoldaşı Elvin Quliyevi güllələyib. Quliyevə vaxtında yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd (29,120.2.2) maddəsi ilə təqsirli bilinir.

Xəbər lenti

Xəbər lenti