Prokuror Azərbaycandan qaçaqmalçılıq yolu ilə Rusiyaya narkotik vasitə aparan şəxslərə cəza istəyib

Cəmiyyət Materials 15 Fevral 2010 14:26 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror Rusiya Federasiyasnın vətəndaşı Aqametov Aydın Rasimoviçin 11 il, Rauf Həziyevin isə 15 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror Azərbaycandan qaçaqmalçılıq yolu ilə Rusiyaya narkotik vasitə aparan şəxslərə cəza istəyib

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycandan qaçaqmalçılıq yolu ilə Rusiyaya narkotik vasitə aparan şəxslərin məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror Rusiya Federasiyasnın vətəndaşı Aqametov Aydın Rasimoviçin 11 il, Rauf Həziyevin isə 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə fevralın 25-də hökm elan edəcək.

Adıçəkilən şəxslər Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasında saxlanılıblar. Onlardan 9 kiloqram 935 qram həşiş aşkar olunaraq götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.2, 234.4.3) maddələri ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti