Azəbaycanın bir qrup hüquq müdafiəçisi Avropa Şurasının insan haqları üzrə komissarı ilə görüşüb

Cəmiyyət Materials 1 Mart 2010 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir A.Hüseynbala/

Azəbaycanın bir qrup hüquq müdafiəçisi Avropa Şurasının insan haqları üzrə komissarı ilə görüşüb.

"Hüquq-müdafiə təşkilatlarının monitorinq qrupu üzvlərinin Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqlə görüşündə Azərbaycandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb", - bazar ertəsi Trend -a hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Qənizadənin sözlərinə görə, Ədliyyə, Daxili İşlər Nazirlikləri və Baş prokurorluqla hüquq müdafiəçilərinin artıq normal münasibətlərinin qurulması barədə Hammerberqə məlumat verilib. "Biz qeyd etdik ki, qaldırdığımız məsələlərə bu qurumların rəhbərlikləri tərəfindən reaksiya verilməsi müsbət haldır", - o əlavə edib.

İnsan haqları üzrə komissar deyib ki, "siyasi məhbus" ifadəsi nə Avropa Şurasının konvensiyasında, nə də beynəlxalq termində nəzərdə tutulmayıb. "Hammerberq bildirdi ki, bu mücərrəd bir fikirdir. Biz ölkədəki məhkəmə hakimiyyəti, vətəndaşların mülkiyyət hüququ ilə də bağlı fikir mübadiləsi apardıq", - hüquq müdafiəçisi vurğulayıb.

Qənizadənin fikrincə, Hammerberqlə görüşü Azərbaycanda demokratiyanın daha da inkişafı üçün müsbət dəyərləndirmək olar. "Hammerberq bildirdi ki, hüquq-müdafiə təşkilatları ilə əməkdaşlığı davam etdirməklə Azərbaycanda insan haqları və demokratiya ilə bağlı proseslərin daha da inkişafı üçün çalışmalıyıq", - hüquq müdafiəçisi deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti