...

Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq

Cəmiyyət Materials 14 İyul 2010 13:48 (UTC +04:00)
Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq, - bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib.
Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir M. Əliyev/

Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq, - bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib.

"Hazırda Ədliyyə Nazirliyinin təqdimatı ilə AMEA-nın alimlərdən ibarət komissiyası ölkə vətəndaşlarının adlarının mənasını araşdırır və "işıqfor" adlı mexanizmə əsaslanaraq həmin siyahını Ədliyyə Nazirliyinə təqdim edəcək", - Əliquliyev bildirib.

Onun sözlərinə görə, "işıqfor" prinsipinə əsasən, Azərbaycanın milli-mənəvi, ideoloji dəyərlərinə uyğun gələn adlar "yaşıl siyahı"ya salınacaq ki, bunların qoyulmasında heç bir məhdudiyyət olmayacaq. İkinci kateqoriya adlar - "sarı siyahı" - tövsiyə olunmayan, gülünc doğuran, digər dillərdə yaxşı səslənməyən adlardır ki, bunları qoyarkən Ədliyyə Nazirliyinin əməkdaşları valideynləri bir daha düşünməyə çağıracaq. Uçüncü kateqoriya adlar isə "qırmızı siyahı"ya salınacaq ki, bunların qoyulmasına yol verilməyəcək. Bu adlar Azərbaycan xalqına qarşı təcavüz törətmiş şəxslərin adları, mənası dilimizdə təhqir ifadəsi verən adlardır.

İnstitut direktoru bildirib ki, yeni mexanizmin tətbiqinə artıq bu ilin sonuna kimi başlanacaq.

"Yeni qoyulan hər hansı bir ad siyahıda olmasa, həmin adı Ədliyyə Nazirliyi AMEA-nın müvafiq komisssiyasına göndərəcək və həmin komissiyanın rəyi alınandan sonra, adın qoyulmasına icazə veriləcək", - Əliquliyev bildirib.

Xəbər lenti

Xəbər lenti