...

Azərbaycanda elmin maliyyələşdirilməsi üçün elan olunan müsabiqənin qalibləri noyabrda açıqlanacaq

Cəmiyyət Materials 13 Avqust 2010 14:54 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu noyabrın 10-da elmi maliyyələşdirilməsi üçün elan olunan müsabiqənin qaliblərini açıqlayacaq. Bu barədə cümə günü Trend-ə Elmin İnkişafı Fondundan bildiriblər.
Azərbaycanda elmin maliyyələşdirilməsi üçün elan olunan müsabiqənin qalibləri noyabrda açıqlanacaq

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu noyabrın 10-da elmi maliyyələşdirilməsi üçün elan olunan müsabiqənin qaliblərini açıqlayacaq. Bu barədə cümə günü Trend-ə Elmin İnkişafı Fondundan bildiriblər.

Fond tərəfindən müsabiqə iyunun 30-da elan olunub və təkliflər 15 sentyabr tarixinədək qəbul olunur.

"Layihələrin qəbulu başa çatdıqdan sonra, onların ekspertizası aparılacaq. Hazırda bütün elan olunan istiqamətlər üzrə fonda layihələr daxil olur", - fonddan bildiriblər.

Fond elmi tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi üçün 6 milyon 100 min manat pul ayırıb.

Ayrılan vəsaitin 2 mln 200 mini fundamental və tətbiqi layihələrə yönələcək. 3 milyonu qurum tərəfindən pilot layihələrə, 400 mini xüsusi layihələrə, 100 mini axtarış innovasiya xarakterli elmi tədqiqat layihələrinə yönəlib. Azərbaycanın qeyri-maddi mədəni irsinin tədqiqinə isə 400 min manat ayrılacaq.

Elmin İnkişafı Fondu qərara alıb ki, qrant müsabiqələri ildə iki dəfə elan ediləcək.

Xəbər lenti

Xəbər lenti