Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir F.Hüseynli /
Azərbaycan hakimi FİFA referisi Fariz Yusifov Avropa çempionatının seçmə mərhələsinə yeni təyinat alıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) cümə günü Trend -a bildiriblər ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Tiraspol şəhərində keçiriləcək Moldova - Andorra oyununun baş hakimi Fariz Yusifov olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]