Azərbaycanın “Simurq” futbol klubu komandanın qapıçısını heyətindən uzaqlaşdırılıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend News, müxbir F.Hüseynli/

Zaqatalanın "Simurq" klubunun rəhbərliyi komandanın qapıçısı Rauf Mehdiyevlə yollarını ayırıb.

Trend News-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar futbolçunun davranışlarına əsasən çıxarılıb. "Simurq"un prezidenti Zaur Məmmədov açıqlamasında Mehdiyevdən narazılığını gizlətməyib.

"Rauf Mehdiyev "Simurq"da oynamaq istəmirdi, məşqlərə qeyri-ciddi yanaşırdı. Ümumiyyətlə, onun davranışı, komandaya və oyunlara münasibəti "Simurq"un konsepsiyasına, ənənələrinə və məqsədlərinə uyğun gəlmirdi. Məhz bütün bunları nəzərə alaraq, klub rəhbərliyi Mehdiyevin komandadan uzaqlaşdırılmasına qərar verdi", - deyə Məmmədov vurğulayıb.

Yığmamızın da şərəfini qoruyan 33 yaşlı qapıçı bu ilin yayında "Olimpik-Şüvəlan"dan "Simurq"a keçib. Amma o, Unibank Premyer Liqasının cari mövsümündə Zaqatala təmsilçisinin heyətində debüt edə bilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az

 
 
 
 
 
Mövzuya dair digər materiallar:
 
İdman kateqoriyasında olan digər xəbərlər:
 
 
Ən çox oxunanlar