Azərbaycan Milli Parolimpiya Komitəsinin Qolbol üzrə milli komandası Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

Cəmiyyət Materials 19 Noyabr 2009 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycan Milli Parolimpiya Komitəsinin Qolbol üzrə milli komandası Rusiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Milli Parolimpiya Komitəsinin mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, Rusiya Federasiyası Parolimpiya Komitəsinin dəvəti əsasında Azərbaycan Milli Parolimpiya Komitəsinin Qolbol üzrə milli komandası noyabrın 24-29-da Tula şəhərində keçiriləcək Beynəlxalq turnirdə iştirak edəcək.

Baş məşqçi Fəxrəddin Əliyevin komandası turnirdə Rusiya, Ukraina, Belarus, Qazaxıstan və digər MDB yığmaları ilə qarşılaşacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti