Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a bildiriblər ki, bolqarıstanlı mütəxəssis Yuliana Stoyeva bundan sonra yığmamızın baş məşqçisi Rudiger Hauffenin köməkçisi olacaq. Stoyeva zəngin təcrübəsini avarçəkənlərimizin qarşıdakı yarışlara hazırlığına sərf edəcək.
Yuliana Stoyeva 1963-cü il iyulun 7-də Bolqarıstanın paytaxtı Sofiyada anadan olub. O, ölkəmizə gələnədək Bolqarıstan yığmasının və yerli MOİK klubunun məşqçisi kimi çalışıb. Stoyeva indiyədək dünya və Avropa çempionatlarının bir sıra qalib və mükafatçılarını yetişdirib.