Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Beynəlxalq Aviasiya Federasiyasının Assambleyasına üzv qəbul edilib

Cəmiyyət Materials 27 Yanvar 2010 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Beynəlxalq Aviasiya Federasiyasının (Fédération Aéronautique Internationale, FAI) aktiv üzvü seçilib. Bu barədə Trend -a çərşənbə günü Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin məlumatına görə, dünyada mülki və idman aviasiyası üzrə standartları və ictimai münasibətləri müəyyən edən bu təşkilata üzv olmuş Hava və Ekstremal İdman Növləri Federasiyası həm də Azərbaycandan FAİ üzvü olan ilk və yeganə qurumdur.

Beynəlxalq Aviasiya Federasiyasında birləşən 120-dən çox ölkənin nümayəndələrindən seçilmiş İdarə heyəti Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasını Aktiv Üzvlüyə qəbul edib. Artıq Azərbaycan FAİ Katibliyinin təsdiq etdiyi idman lisenziyaları ilə mötəbər yarışlarda iştirak edə biləcək.

Xəbər lenti

Xəbər lenti