Dünya və Avropa çempionu Azərbaycanın futbolçu qadınlarına treyninq keçəcək

Cəmiyyət Materials 29 Yanvar 2010 12:16 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Almaniya Futbol İttifaqı arasında mövcud olan əməkdaşlıq çərçivəsində Azərbaycanda qadın futbolunun təbliği məqsədilə almaniyalı futbolçu, dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Renate Linqor Bakıya gələcək.
Dünya və Avropa çempionu Azərbaycanın futbolçu qadınlarına treyninq keçəcək

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir F.Hüseynli/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Almaniya Futbol İttifaqı arasında mövcud olan əməkdaşlıq çərçivəsində Azərbaycanda qadın futbolunun təbliği məqsədilə almaniyalı futbolçu, dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Renate Linqor Bakıya gələcək. Bu barədə cümə günü Trend -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Linqor səfər çərçivəsində - fevralın 1-dən 5-dək qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edəcək, tövsiyələrini verəcək, eləcə də "Məktəblərdə futbol dərsi" layihəsi çərçivəsində keçirilən dərslərlə tanış olacaq.

Linqor futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər oynayıb. Həmin il Renate Linqor "1. FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. 2007-08 mövsümündən sonra futbolçu karyerasını başa vurub.

Xəbər lenti

Xəbər lenti