Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir S.Hüseynli/
Fevralın 13-14-də Fransanın Durdan şəhərində qılıncoynatma üzrə Dünya Kuboku keçiriləcək. Dünya Kubokunda iştirak etmək üçün qılıncoynatma üzrə Azərbaycanın gənclərdən ibarət yığma komandası bu gün Fransaya yola düşüb. Trend -un məlumatına görə, bu barədə mətbuata açıqlamasında Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov məlumat verib.
Məmmədov bildirib ki, 30-a yaxın ölkənin təmsilçilərinin iştirak edəcəyi Dünya Kubokunda Azərbaycanı yığma komandamızın 5 üzvü təmsil edəcək. Dünya Kubokunda ölkəmizin şərəfini Vüqar Ağakişiyev, Azər Tağıyev, Aysel Mirzəyeva, Yusif Budaqov və Murad Əliyev qoruyacaq.