Azərbaycanda uşaq futbolunun inkişafı üçün "Məktəbli kuboku" uğrunda yarışlara start verilib

Cəmiyyət Materials 12 Fevral 2010 12:13 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, fevralın 13-də Səbail rayonundakı 160 saylı orta məktəbin idman zalında futbolun kütləviliyinin artırılması məqsədilə AFFA, Təhsil Nazirliyi, Azercell və Səbail rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan 4-cü sinif şagirdləri arasında «Məktəbli kuboku»nun açılış mərasimi keçiriləcək.
Azərbaycanda uşaq futbolunun inkişafı üçün "Məktəbli kuboku" uğrunda yarışlara start verilib

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir F.Hüseynli/

Azərbaycanda uşaq futbolunun inkişafı üçün "Məktəbli kuboku" uğrunda yarışlara start verilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, fevralın 13-də Səbail rayonundakı 160 saylı orta məktəbin idman zalında futbolun kütləviliyinin artırılması məqsədilə AFFA, Təhsil Nazirliyi, Azercell və Səbail rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan 4-cü sinif şagirdləri arasında "Məktəbli kuboku"nun açılış mərasimi keçiriləcək.

Tədbirdə Səbail rayonunda yerləşən 160, 6, 7 və 50 saylı məktəblərin komandaları iştirak edəcək.

Əsasnaməyə uyğun olaraq, turnirdə Səbail rayonundakı 16 orta məktəbin 4-cü sinif şagirdlərindən təşkil olunmuş komandalar yarışacaq. Komandalar 4 qrupda mübarizə aparacaq. Hər qrupda 4 komanda yer alacaq. Qrupda ilk iki yeri tutan komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaq. Sonra yarımfinal və final (finaldan əvvəl üçüncü yer uğrunda oyun) qarşılaşmaları keçiriləcək.

Hər bir komandanın sifariş ərizəsində ən azı 2 qız oyunçunun olmasının vacibliyi (onlardan biri mütləq meydanda olmalıdır) Əsasnamədə öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti