AFFA-da məşqçilərlə görüş keçirilib

Cəmiyyət Materials 12 Fevral 2010 18:05 (UTC +04:00)
AFFA-nın inzibati binasında bu gün "Azercell U-17 liqa", "Kapital Bank U-15 liqa" və U-13 liqasında çıxış edən komandaların məşqçiləri ilə görüş keçirilib.
AFFA-da məşqçilərlə görüş keçirilib

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir F.Hüseynli/

AFFA-nın inzibati binasında bu gün "Azercell U-17 liqa", "Kapital Bank U-15 liqa" və U-13 liqasında çıxış edən komandaların məşqçiləri ilə görüş keçirilib.

AFFA-nın mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və assosiasiyanın texniki direktoru Bernhard Lippert iştirak ediblər.

Qeyd olunan turnirlərin daha da yüksək səviyyədə keçirilməsinin, bu liqalara peşəkar münasibətin vacibliyinin xüsusi vurğulandığı görüşdə, futbolçuların yaşlarının azaldılması ilə bağlı üzə çıxan problemlərdən söhbət açılıb, bu halların baş verməməsi üçün hər məşqçinin də üzərinə böyük məsuliyyət düşdüyü bildirilib. Milli komandanın baş məşqçisi Berti Foqts görüşdə iştirak edən məşqçilərə müvafiq tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti