Aliyə Qarayeva Portuqaliyada Dünya Kubokunda iki medal qazanıb

Cəmiyyət Materials 15 Mart 2010 17:33 (UTC +04:00)

Azərbaycan gimnastı Aliyə Qarayeva Portuqaliyanın Portimao şəhərində keçirilmiş Dünya Kubokunun növbəti mərhələsində gümüş medala layiq görülüb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirildiyi kimi, Qarayeva topla yarışın finalında üçüncü yeri tutan israilli gimnast Net Rivkini bir bal üstələyərək ikinci yeri tutub.

"Ötən həftə Macarıstandakı mərhələdə mən topla yalnız 7-ci nəticəni göstərə bildim, burada, Portimaoda isə 5 bənd yüksəldim", - Qarayeva deyib. - "Əlbəttə ki, topla birinci yerə sahib olmaq istərdim, lakin Yevgeniya Kanayeva həmin turnirdə sadəcə olaraq misilsiz ifa nümayiş etdirdi. Düzdür, onunla təskinlik tapmaq olar ki, mənim daha bir medalım var - ip üzrə bürünc medal".

Müxtəlif növlər üzrə yarışda Aliyə Qarayeva dörd tapşırığın yekunlarına görə 108,6 balla 5-ci yerə sahib olub. Digər gimnastımız Anna Qurbanova 101,8 balla 18-ci, şəxsi turnirdə üçüncü təmsilçimiz Zeynəb Cavadlı isə 42 iştirakçı arasında 97,325 balla 26-cı yerı tutub.

Azərbaycanın qrup komandası, həmçinin, ötən mərhələnin finalında çıxış edib. Hər iki tapşırıqda qızlar 5-ci yeri tutub, idmanın müxtəlif növləri üzrə yarışda isə kollektiv 6-cı yeri tutub.

"Burada, həmçinin, yuniyorlar üçün turnir keçirilib və üç idmançımız həmin turnirin finalında iştirak edib", - milli yığmamızın baş məşqçisi Mariana Vasilyeva qeyd edib. - "Onlar arasında ən yüksək yeri Lalə Yusifova tutub. Topla yarışların finalında o, 4-cü yeri tutub. Ayşə Mustafayeva iplə yarışlarda 5-ci, Jalə Qaratova isə gürzlə yarışda 7-ci yeri tutub. Ümumi komanda hesabında yuniyorlar 21 ölkə arasında 5-ci yeri tutub. Əhsən bizim qızlara! Əlavə olunası bir sözüm yoxdur".

"Ümumiyyətlə, bizim tamamilə gənc gimnastlarımız uşaqların müdafiəsi gününə həsr olunmuş "Alina 2010" seçim turniri çərçivəsində Moskvada keçirilmiş bədii gimnastika üzrə festivalda uğurla çıxış ediblər", - Vasilyeva deyib.

Azərbaycan nümunəvi nömrələrlə çıxış edən iki komanda ilə təmsil olunub.

Tərkibində 19 qız olan birinci dəstə "Ruskoe disko" rəqsi üzrə mümkün 100 baldan 94-ünü toplayaraq 5-ci yeri tutub. Səkkiz idmançıdan ibarət olan ikinci komandamız "Çiçəklərin valsı" rəqsi üzrə 93 bal toplayaraq 6-cı yeri tutub. Hər iki kollektiv mayda "Lujniki"də keçiriləcək festivalın finalında birbaşa iştirak hüququ qazanıb.

Olimpiya çempionu Alina Kabayeva azərbaycanlı gimnastların ifalarını şəxsən qeyd edib. Festivalın təşkilatçısı onun xeyriyyə fondudur.

Xəbər lenti

Xəbər lenti