...

Berti Foqts iki futbolçunu millidən kənarlaşdırdı

İdman Materials 30 Noyabr 2012 14:59 (UTC +04:00)
Trend AFFA-ya istinadən məlumat verir ki, baş məşqçi Berti Foqtsun qərarına əsasən, Emil Balayev və Vurğun Hüseynov toplanışda iştirak etməyəcək.
Berti Foqts iki futbolçunu millidən kənarlaşdırdı

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Dekabrın 3-dən 5-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Trend AFFA-ya istinadən məlumat verir ki, baş məşqçi Berti Foqtsun qərarına əsasən, Emil Balayev və Vurğun Hüseynov toplanışda iştirak etməyəcək.

"Neftçi"nin digər futbolçusu Eşqin Quliyev isə hazırlıq prosesinə qatılacaq.

Qeyd edək ki, millimizin bütün məşqləri Bayıl stadionunda keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti