...

Premyer Liqada lider dəyişdi (VİDEO)

İdman Materials 25 Dekabr 2012 19:59 (UTC +04:00)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun təxirə salınmış bir oyunu keçirilib.
Premyer Liqada lider dəyişdi (VİDEO)

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun təxirə salınmış bir oyunu keçirilib.

Trend-in məlumatına görə, paytaxt derbisində "İnter" doğma meydanda "Neftçi" ilə qarşılaşıb.

Matçda ilk qol "Flaqman"dan gəlib. 11-ci dəqiqədə Nikolas Kanales mükəmməl zərbə ilə hesabı açıb.

Gərgin və maraqlı keçən oyunda "İnter"in heyətində İbrahima Niasse 75-ci dəqiqədə bərbarliyi təmin edib (1:1). Matç elə bu hesabla da başa çatıb.

Beləliklə, "İnter" 18 oyundan 34 xalla turnir cədvəlinin lideridir. "Neftçi" isə 17 oyundan 29 xalla 4-cü sırada qərarlaşıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti