...

İsinbayeva 3-cü dəfə Avropanın ən yaxşı idmançısı seçildi

İdman Materials 2 Yanvar 2014 06:59 (UTC +04:00)
Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) rusiyalı Yelena İsinbayevanı 2013-cü ildə Avropanın ən yaxşı qadın idmançısı seçib.
İsinbayeva 3-cü dəfə Avropanın ən yaxşı idmançısı seçildi

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) rusiyalı Yelena İsinbayevanı 2013-cü ildə Avropanın ən yaxşı qadın idmançısı seçib.

Trend-in məlumatına görə, şüvüllə hündürlüyə tullanma üzrə 3 qat dünya çempionu olan Yelena İsinbayeva AIPS tərəfindən 3-cü dəfə Avropanın ən yaxşı idmançısı seçilib. 28 dəfə dünya rekordu qıran Y.İsinbayeva 2005 və 2008-ci illərdə də Avropanın ən yaxşı qadın idmançısı seçilmişdi.

Kişilər arasında Avropanın ən yaxşı idmançısı isə ingilis atlet Mo Farah olub. M.Farah Moskvada keçirilmiş atletika üzrə 14-cü dünya çempionatında 5 min və 10 min metr məsafələrə qaçışda qızıl medal qazanmışdı.

Xəbər lenti

Xəbər lenti