...

"Milan"ın baş məşqçisi qovuldu

İdman Materials 13 Yanvar 2014 14:59 (UTC +04:00)
"Milan" futbol klubu baş məşqçi Massimilianı Alleqrinin vəzifəsindən getdiyini təsdiq edib.
"Milan"ın baş məşqçisi qovuldu

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

"Milan" futbol klubu baş məşqçi Massimilianı Alleqrinin vəzifəsindən getdiyini təsdiq edib.

Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata görə, klubdan kənarlaşdırılanlar arasında M.Alleqrinin köməkçiləri də var.

"Milan"ın müvəqqəti baş məşqçisi funksiyasını isə Mauro Tassotti icra edəcək.

Qeyd edək ki, M.Alleqrinin vəzifəsindən getməsinə səbəb "Milan"ın çempionatın sonuncu turunda "Sassuolo"ya 4:3 hesabı ilə uduzması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti