...

Azərbaycan boksçusu dünya birinciliyinə qələbə ilə başlayıb

İdman Materials 14 Aprel 2014 20:02 (UTC +04:00)
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə gənclər arasında dünya birinciliyinə start verilib.
Azərbaycan boksçusu dünya birinciliyinə qələbə ilə başlayıb

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə gənclər arasında dünya birinciliyinə start verilib.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, Azərbaycan idmançılarından bu gün yalnız Məsud Yusifzadə (52 kq) rinqə çıxıb. Gənclər arasında Avropa birinciliyinin mükafatçısı yaponiyalı Kantaro Juri üzərində qələbə qazanıb.

Həmyerlimiz 1/16 funal mərhələsində Kanada təmsilçsi Adrian Halfordla üz-üzə gələcək.

Sabah boksçularımızdan Tayfur Əliyev (56 kq) və Orxan Əliyev (60 kq) rinqə çıxacaqlar. Tayfur yaponiyalı Araşi Morisaka ilə, Orxan isə serbiyalı Florian Saboyla üz-üzə gələcək.

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışa aprelin 24-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti