...

"Qəbələ" çempionatdakı uğursuzluğun əvəzini "Xəzər Lənkəran"dan çıxdı

İdman Materials 16 Aprel 2014 17:54 (UTC +04:00)
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilir.
"Qəbələ" çempionatdakı uğursuzluğun əvəzini "Xəzər Lənkəran"dan çıxdı

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

Trend-in məlumatına görə, ilk oyun Qəbələdə baş tutub. Eyniadlı klub "Xəzər Lənkəran"ı qəbul edib. İlk hissə qolsuz başa çatıb.

53-cü dəqiqədə "Qəbələ"nin futbolçusu Nizami Hacıyev hesabı açıb. 6 dəqiqə sonra Viktor Mendi fərqi artırıb - 2:0. 72-ci dəqiqədə N.Hacıyev dubla imza atıb - 3:0.

Digər oyunda isə "Neftçi" öz meydanında "Rəvan"ı sınağa çəkəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti