...

Azərbaycanın velosiped komandası Fransada keçirilən yürüşdə 4-cü yerdədir (FOTO)

İdman Materials 17 Aprel 2014 16:47 (UTC +04:00)
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Fransada keçirilən “Tour du Loir et Cher” yürüşündə mübarizə aparır.
Azərbaycanın velosiped komandası Fransada keçirilən yürüşdə 4-cü yerdədir (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Fransada keçirilən "Tour du Loir et Cher" yürüşündə mübarizə aparır.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.2 kateqoriyalı yarışında komandamızın şərəfini Yan Sokol, Aleksandr Surutkoviç, Kristof və Maykl Şvayzer qardaşları, Patrik Leyn, həmçinin Konnor McConvey qoruyur.

Yarışın 183.5 km-dən ibarət birinci mərhələsində təmsilçilərimizdən Yan Sokol, Aleksandr Surutkoviç, həmçinin Şvayzer qardaşları finişi eyni anda - 4 saat, 8 dəqiqə, 23 saniyəyə keçən pelotonun içərisində olublar. Fotofinişə əsasən Sokol 9-cu, Surutkoviç isə 14-cü yeri tutub.

Bu nəticə "Synergy Baku"nun komanda hesabında 30 iştirakçı kollektiv arasında 4-cü yerdə qərarlaşmasına şərait yaradıb.

Bu gün keçirilən 2-ci mərhələdə velosipedçilər 198 km məsafə qət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti