...

"Barselona"ya yeni futbolçuların transferinə qoyulan qadağa müvəqqəti dayandırıldı

İdman Materials 23 Aprel 2014 17:13 (UTC +04:00)
İspaniyanın "Barselona" futbol klubu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) komandaya yeni futbolçuların qeydə alınmasına dair qoyulan qadağadan apellyasiya şikayəti verib.
"Barselona"ya yeni futbolçuların transferinə qoyulan qadağa müvəqqəti dayandırıldı

Azərbaycan, Bakı, 23 aprel /Trend/

İspaniyanın "Barselona" futbol klubu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) komandaya yeni futbolçuların qeydə alınmasına dair qoyulan qadağadan apellyasiya şikayəti verib. Cəza etiraza baxılması müddətində müvəqqəti dayandırılıb. Bu barədə Trend qurumun rəsmi saytına istinadən xəbər verir.

Aprelin 2-də elan edilən qərara səbəb kataloniyalıların FIFA reqlamentinin 18 yaşdan aşağı oyunçuların beynəlxalq transferini həyata keçirməyi qadağan edən bəndini pozması olub.

Məlumatda deyilir: "FIFA kluba tətbiq edilən sanksiyaları, işin mürəkkəbliyini, növbəti qeydiyyat dövrünün başlayacağı tarixi [1 iyul], eləcə də Lozannadakı İdman Arbirtaj Məhkəməsində işə baxılanadək FIFA Apellyasiya Komitəsinin yekun qərar qəbul edə bilməyəcəyi faktını nəzərə alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti