...

Naxçıvanın “Araz” komandası "Barselona" ilə görüşüb

İdman Materials 25 Aprel 2014 00:07 (UTC +04:00)
Aprelin 24-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində futzal üzrə UEFA kuboku yarışlarının "Dördlər finalı" çərçivəsində ikinci yarımfinal oyunu keçirilib.
Naxçıvanın “Araz” komandası "Barselona" ilə görüşüb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Aprelin 24-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində futzal üzrə UEFA kuboku yarışlarının "Dördlər finalı" çərçivəsində ikinci yarımfinal oyunu keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan çempionu "Araz" klubu İspaniyanın "Barselona" klubunu qəbul edib.

"Araz"ın heyətində meydana Aleksey Popov, Rafael, Auqusto, Adriano Folya və Davi çıxıblar.

Oyun 4:4 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda "Araz"ın heyətində Rafael, Fabiano, Adriano Folya və Amadeu fərqləniblər. Qalib komanda penalti seriyasında müəyyənləşib. Penalti seriyasında rəqibini 4:2 hesabı ilə məğlub edən "Barselona" finala yüksəlib.

Beləliklə, aprelin 26-da bürünc medal uğrunda "Kayrat" (Qazaxıstan) və "Araz", birinci yer uğrunda isə "Barselona" və "Dinamo" (Moskva, Rusiya) komandaları qarşılaşacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti