...

Azərbaycanda müəllimlər arasında keçirilən şahmat turniri başa çatıb

İdman Materials 25 Aprel 2014 12:29 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsi keçirilib.
Azərbaycanda müəllimlər arasında keçirilən şahmat turniri başa çatıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsi keçirilib.

Trend xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş yarış şahmatı geniş təbliğ etmək və yaymaq, asudə vaxtı mənalı və səmərəli keçirmək məqsədilə təşkil olunur.

Ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının keçirilməsi haqqında Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar imzalayıb. Qərar uyğun olaraq, yarışın birinci mərhələsi martın 10-dək ümumtəhsil məktəblərində, ikinci mərhələsi aprel ayının 10-dək şəhər və rayonlarda keçirilib.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında rayon, şəhər mərhələlərinin qalibi olan 72 nəfər müəllim iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunan final bir gün ərzində başa çatıb.

Qaliblər və fəal iştirakçılar hər iki təşkilatın birgə Fəxri Fərmanı, diplomu ilə təltif olunub və onlara pul mükafatları verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti