...

"Bakcell U-17 Liqa"nın 2013/2014-cü il mövsümünün qalibləri elan olundu (FOTO)

İdman Materials 22 May 2014 15:51 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin sponsorluğu ilə keçirilən "Bakcell U-17 Liqa"nın 2013/2014-cü il mövsümü başa çatdı.
"Bakcell U-17 Liqa"nın 2013/2014-cü il mövsümünün qalibləri elan olundu (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin sponsorluğu ilə keçirilən "Bakcell U-17 Liqa"nın 2013/2014-cü il mövsümü başa çatdı.

55 xal toplayan "Bakı" Futbol Klubu birinci yerə layiq görüldü. İkinci yer "Qəbələ" PFK, üçüncü yeri isə "Neftçi" PFK qazandı.

Turnirin qalibi "Bakı" Peşəkar Futbol Komandasına Antalyada bir həftəlik təlim məşq toplantısı hədiyyə olundu.

Turnirin ən məhsuldar oyunçusu 18 qol vuran "Neftçi" komandasının hücumçusu Ramiz Quliyevdir. R.Quliyev xatirə hədiyyələri ilə yanaşı, "Bakcell" şirkətinin dəstəyi ilə "Mançester Yunayted"in əfsanəvi futbolçusu Duayt Yorkla birlikdə məşq etmək imkanı qazandı.

Liqada iştirak edən məşqçilər arasında sorğu keçirilib və ilin ən yaxşı oyunçusu müəyyənləşib. Bu, "Rəvan" komandasının oyunçusu Əlibəy Məmmədlidir. Ə.Məmmədliyə də xatirə hədiyyələri və "Bakcell" şirkəti tərəfindən "Mançester Yunayted"in əfsanəvi futbolçusu D.Yorkla birlikdə məşq etmək imkanı verildi.

"Bakcell" "U-17 Liqa"da ilk 3 pilləni tutan komandaların baş məşqçilərini və komandaların kapitanlarını da mobil telefonlarla mükafatlandırdı.

"Bakcell U-17 Liqa"nın bu mövsümündə 12 komanda, 291 oyunçu, 24 məşqçi qeydiyyatdan keçib və ümumilikdə 132 oyun keçirilib. Mövsüm ərzində qapılara 486 qol vurulub.

Liqanın ümumi nəticələri aşağıdakı kimidir:

Yer

Komanda

O

Q

H

M

T/F

Xal

1

Bakı

22

18

1

3

70-10

55

2

Qəbələ

22

16

2

4

75-15

50

3

Neftçi

22

16

2

4

55-16

50

4

İnter

22

12

5

5

43-28

41

5

Qarabağ

22

12

4

6

42-26

40

6

Rəvan

22

13

1

8

51-32

40

7

Xəzər Lənkəran

22

9

5

8

32-29

32

8

Sumqayıt

22

8

4

10

41-48

28

9

AZAL

22

5

1

16

26-69

16

10

Turan T

22

3

4

15

25-91

13

11

Simurq

22

2

2

18

17-54

8

12

Kəpəz

22

1

3

18

9-68

6

Məqalədə:
Xəbər lenti

Xəbər lenti