...

İki boksçumuz medalı özünə təmin etdi

İdman Materials 24 İyul 2014 14:22 (UTC +04:00)
İtaliyanın Assisi şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyində yarımfinalçılar məlum olub.
İki boksçumuz medalı özünə təmin etdi

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İtaliyanın Assisi şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyində yarımfinalçılar məlum olub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, mMilli komandamızın iki üzvü - Məryəm Cəbrayılova və Alina Hacıyeva (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər.

M.Cəbrayılova ¼ finalda irlandiyalı Klara Şheedi üzərində qələbə qazanıb. Boksçumuz yarımfinalda İtaliya təmsilçisi Florida Monika ilə üz-üzə gələcək. A.Hacıyeva isə finala gedən yolda Ukrayna idmançısı Anastasiya Stankeviçlə qarşılaşacaq.

Digər boksçumuz Aliyə Vəlizadə (54 kq) isə ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.

Yarımfinal görüşləri iyulun 26-da, final qarşılaşmaları isə bir gün sonra keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti