...

Azərbaycanlı referi köməkçisi Avropa çempionatının final mərhələsinə növbəti təyinat alıb

İdman Materials 24 İyul 2014 18:07 (UTC +04:00)
FIFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə növbəti təyinat alıb.
Azərbaycanlı referi köməkçisi Avropa çempionatının final mərhələsinə növbəti təyinat alıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

FIFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə növbəti təyinat alıb.

Trend AFFA-ya istinadən məlumat verir ki, iyulun 25-də keçiriləcək İsrail - Macarıstan qarşılaşmasının yan xətt hakimlərindən biri Y.Abbasov olacaq. Oyunu şotlandiyalı FIFA referisi Kevin John Clancy idarə edəcək. Digər laynsman Gylfi Mar Sigurdsson (İslandiya), dördüncü hakim isə Javier Estrada Fernandez (İspaniya) olacaq.

Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti