...

Azərbaycan karateçiləri erməniləri biabırcasına məğlub ediblər

İdman Materials 18 Avqust 2014 10:30 (UTC +04:00)
Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq "Palandökən" turnirinin komanda kumite yarışlarında erməni idmançılarla tatamiyə çıxan Azərbaycan karateçiləri rəqibi biabırcasına məğlub ediblər.
Azərbaycan karateçiləri erməniləri biabırcasına məğlub ediblər

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq "Palandökən" turnirinin komanda kumite yarışlarında erməni idmançılarla tatamiyə çıxan Azərbaycan karateçiləri rəqibi biabırcasına məğlub ediblər.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə bildiriblər ki, böyüklərdən ibarət seçmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərov rəqibə heç bir şans vermədən 7:0 hesablı qələbələrlə komandamıza və onu dəstəkləyən böyük auditoriyaya gözəl anlar yaşadıblar.

Komandanın heyətində həmçinin Yusif Əliyevlə Vüsal İsrafilov da yer alıb.

Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti