...

"Qarabağ" və "Neftçi" klublarının oyunlarının vaxtı dəyişdirildi

İdman Materials 19 Avqust 2014 15:56 (UTC +04:00)
“Qarabağ” və “Neftçi” klublarının Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını 21 avqust 2014-cü il tarixində keçirməsi səbəbindən və klubların Peşəkar Futbol Liqasına (PFL) müraciəti nəzərə alınaraq təqvimdə dəyişikliklər edilib.
"Qarabağ" və "Neftçi" klublarının oyunlarının vaxtı dəyişdirildi

Azərbaycan, Bakı, 19 avqust /Trend/

"Qarabağ" və "Neftçi" klublarının Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını 21 avqust 2014-cü il tarixində keçirməsi səbəbindən və klubların Peşəkar Futbol Liqasına (PFL) müraciəti nəzərə alınaraq təqvimdə dəyişikliklər edilib.

Trend PFL-ə istinadən məlumat verir ki, dəyişikliklərə əsasən, Premyer Liqanın III turunun "Araz Naxçıvan" - "Qarabağ" matçı 23 avqust 2014-cü il tarixindən 24 avqust 2014-cü il tarixinə keçirilib.

Əvəzedici heyətlər arasındakı matç da 24 avqust 2014-cü il tarixində keçiriləcək.

Premyer Liqasının III turunun AZAL - "Neftçi" matçı isə 24 avqust 2014-cü il tarixindən 25 avqust 2014-cü il tarixinə dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti