...

Berti Foqts: "...Bu oyunun prinsipiallığını bilirəm"

İdman Materials 19 Avqust 2014 18:13 (UTC +04:00)
"Şadam ki, Özbəkistan yığmasına qarşı oynamaq fürsətimiz var. Amma təəssüf ki, bundan sonra avqustda FIFA-nın təqvimində yoldaşlıq oyunları üçün nəzərdə tutulmuş gün olmayacaq. Bu, bizim kimi ölkələr üçün əlverişsizdir".
Berti Foqts: "...Bu oyunun prinsipiallığını bilirəm"

Azərbaycan, Bakı, 19 avqust /Trend/

"Şadam ki, Özbəkistan yığmasına qarşı oynamaq fürsətimiz var. Amma təəssüf ki, bundan sonra avqustda FIFA-nın təqvimində yoldaşlıq oyunları üçün nəzərdə tutulmuş gün olmayacaq. Bu, bizim kimi ölkələr üçün əlverişsizdir". Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Onun sözlərinə görə, Avropada Bolqarıstan yığmasının oyun üslubuna uyğun komanda tapmaq çox çətindir: "Bu baxımdan, Özbəkistan millisinə qarşı oynamaq bizim üçün əhəmiyyətlidir. Rusiya yığması ilə keçirəcəyimiz oyuna gəlincə, bizim futbolçular üçün bu qarşılaşmanın xüsusi prinsipiallıq daşıdığını bilirəm".

Baş məşqçi qeyd edib ki, bu qarşılaşma prinsipiallığına görə Almaniya - Hollandiya matçını xatırladır: "Fabio Kapello mənim dostumdur. Komandamın dünya çempionatında çıxış edən yığmaya qarşı oynamasını istəyirdim. Müqavilədə nəzərdə tutulub ki, Rusiya millisi ilə Bakıda da yaxın 3 ildə yoldaşlıq oyunu keçirilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti