...

"Neftçi" və "Qarabağ"ın taleyi cavab oyunlarına qaldı

İdman Materials 22 Avqust 2014 01:27 (UTC +04:00)
Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.
"Neftçi" və "Qarabağ"ın taleyi cavab oyunlarına qaldı

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, turnirdə təmsilçilərimizdən olan "Neftçi" və "Qarabağ bu gün meydana çıxıb.

Böyükağa Hacıyevin komandası səfərdə Serbiyanın "Partizan" klubu ilə qarşılaşıb. Oyun 3:2 "Partizan"ın xeyrinə bitib. "Qarabağ" isə öz meydanında "Tvente" ilə bacarmayıb. Oyun 0:0 hesabıyla bitib.

Xatırladaq ki, "Neftçi" 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.

2009-cu ildə "Qarabağ" məhz Avroliqanın pley-off mərhələsində o dövrdə Hollandiya çempionu olan "Tvente" ilə qarşılaşmışdı. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan komandamız doğma meydanında qolsuz heç-heçə ilə meydanı tərk etmişdi.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti