...

"Dalğa Arena"nın süni örtüyünə 2 ulduz verilib

İdman Materials 2 Sentyabr 2014 17:34 (UTC +04:00)
FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2015-ci il avqustun 25-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.
"Dalğa Arena"nın süni örtüyünə 2 ulduz verilib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

"Dalğa Arena"nın süni örtüyünə 2 ulduz verilib. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"nın yenilənmiş süni örtüyünə ən yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA FIFA-ya müraciət etmişdi. Beynəlxalq futbol qurumu bu müraciəti cavablandırıb.

FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2015-ci il avqustun 25-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti