...

Azərbaycan güləşçisi bürünc medal uğrunda yarışacaq (FOTO)

İdman Materials 13 Sentyabr 2014 15:13 (UTC +04:00)
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycan güləşçisi bürünc medal uğrunda yarışacaq (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın altıncı günündə 66, 80 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıblar.

66 kq çəki dərəcəsində dünya və Avropa çempionu Həsən Əliyev yarımfinala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. O, ardıcıl olaraq Finlandiyadan Tero Valimaki, Hindistandan Sandip Yadav, Yaponiyadan Hideyuki Otoizum və Gürcüstan güləşçisi Revaz Laxşini məğlub edib.

Yarımfinalda isə Serbiya güləşçisi Davor Stefaneklə gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb. Həsən Əliyev bürünc medal uğrunda görüşə çıxacaq.

66 kq

1/32 final - Həsən Əliyev - Tero Valimaki (Finlandiya) 4:0
1/16 final - Həsən Əliyev - Sandip Yadav (Hindistan) 6:5
1/8 final - Hideyuki Otoizumi (Hideyuki Otoizum) - Həsən Əliyev 5:0
1/4 final - Revaz Laşxi (Gürcüstan) - Həsən Əliyev 0:5
1/2 final - Davor Stefanek (Serbiya) - Həsən Əliyev 5:3
Bürünc medal görüşü - Həsən Əliyev - Edqaras Venkaitis (Litva)

80 kq

1/16 final - Emin Əhmədov - Rüstəm Sultanov (Özbəkistan) 5:2
1/8 final - Aleksandr Kazakeviç (Litva) - Emin Əhmədov 2:0

130 kq

1/8 final - Sabah Şəriəti - Maqnus Euren (İsveç) 2:2*

Xatırladaq ki, yunan-Roma yarışlarının ilk günündə Saman Təhmasibi gümüş, Elvin Mürsəliyev isə bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti