...

"Qarabağ" "Sent Etyen"dən təcrübəlidir"

İdman Materials 17 Sentyabr 2014 20:37 (UTC +04:00)
"Qarabağ" "Sent Etyen"dən təcrübəlidir. Trend-in məlumatına görə, bunu “Sent Etyen” klubunun baş məşqçisi Kristof Qaltye "Qarabağ"la oyun öncəsi keçirdiyi mətbuat konfransında deyib.
"Qarabağ" "Sent Etyen"dən təcrübəlidir"

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

"Qarabağ" "Sent Etyen"dən təcrübəlidir. Trend-in məlumatına görə, bunu "Sent Etyen" klubunun baş məşqçisi Kristof Qaltye "Qarabağ"la oyun öncəsi keçirdiyi mətbuat konfransında deyib.

O, "Qarabağ"ı yüksək qiymətləndirdiklərini bildirib: "Oyuna çox yaxşı hazırlaşmışıq. Komandamızda hər şey yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Biz "Qarabağ"ın bütün Avrokubok oyunlarını izləmişik. Deyə bilərəm ki, "Qarabağ" bizdən təcrübəlidir. Rəqib futbolçularının bir çoxu milli komandanın üzvləridir. Bundan əlavə, heyətində braziliyalı futbolçular da var ki, onların da oyununu qiymətləndirmək lazımdır. Buna baxmayaraq, "Qarabağ"dan çəkinmirik. Yenə də etriaf edirəm ki, "Qarabağ" bizdən təcrübəlidir. Biz də Avropa Liqasına böyük maraq göstəririk. Görəcəksiniz ki, qrupdan çıxmağa qadirik. Bu il Fransa Liqasında yaxşı çıxış edirik. Hesab edirəm ki, Avropa Liqasında da yaxşı təcrübə qazanacağıq".

K.Qaltye sabah ehtiyatlı oyuna üstünlük verəcəklərini qeyd edib: "Heç kim Avroliqada açıq futbol oynamır. Biz də ehtiyatlı olmalıyıq. Bu ilk matçımızdr. Növbəti matçlarda necə oynamaq lazım olduğunu daha yaxşı biləcəyik".

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Sent Etyen" matçı sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti