...

Sabah Bakının Avro-2020-yə ev sahibliyi edib-etməyəcəyi bilinəcək

İdman Materials 18 Sentyabr 2014 19:38 (UTC +04:00)
Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Sabah Bakının Avro-2020-yə ev sahibliyi edib-etməyəcəyi bilinəcək

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Trend AFFA-ya istinadən məlumat verir ki, iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşəcək. Siyahıda Bakı da yer alıb.

Qalib şəhərlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə elan olunacaq. Tədbirdə Azərbaycanı AFFA prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti