...

Azərbaycan Premyer Liqasında hokkey hesabı - 7:0

İdman Materials 19 Sentyabr 2014 20:55 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında VI turun oyunlarına start verilib.
Azərbaycan Premyer Liqasında hokkey hesabı - 7:0

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında VI turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, turun açılış matçında paytaxtın "İnter" və "Bakı" komandaları qarşılaşıblar.

Oyuna "İnter" futbolçuları fəal başlayıblar. Əvvəlcə Junior Nildo dubl edib - 2:0. Birinci hissənin tamamında "bankirlər" daha iki dəfə fərqləniblər - Arif Daşdəmirov, 30 (3:0), Baçana Sxadadze, 44 (4:0).

48-ci dəqiqədə B.Sxadadze də dubla imza atıb - 5:0. 73 və 86-cı dəqiqələrdə isə qol vurmaq növbəsi Coşqun Diniyev və Nizami Hacıyevə çatıb - 7:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti