...

"V1 Challenge Azerbaijan" yarışını izləmək istəyənlərin nəzərinə

İdman Materials 29 Sentyabr 2014 09:29 (UTC +04:00)
Bakıda keçiriləcək "V1 Challenge Azerbaijan" yarışını izləmək istəyənlər Heydər Əliyev Mərkəzinin kassasına müraciət edə bilərlər. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Federasiyasından bildirilib.
"V1 Challenge Azerbaijan" yarışını izləmək istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Bakıda keçiriləcək "V1 Challenge Azerbaijan" yarışını izləmək istəyənlər Heydər Əliyev Mərkəzinin kassasına müraciət edə bilərlər. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Federasiyasından bildirilib.

Federasiyadan deyilib ki, oktyabrın 11-də Bakı Kristal Zalında Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçiriləcək "V1 Challenge Azerbaijan" yarışına giriş dəvətnamə ilə olacaq.

Dəvətnamələr şəxsiyyət vəsiqəsi təqdim edilməklə verilir. Yarışda tamaşaçı kimi iştirak etmək istəyənlər Heydər Əliyev Mərkəzinin kassasına müraciət edə bilərlər.

Qeyd edək ki, yarışda Azərbaycan və digər ölkələrdən 10-dan artıq pilot iştirak edəcək.

Tamaşaçılar şouda peşəkar pilotların birincilik uğrunda mübarizəsi ilə yanaşı, maraqlı tryuklarla dolu anların da şahidi olacaqlar.

Şoudan əvvəl isə Azərbaycanın tanınmış siyasət və mədəniyyət xadimlərinin də iştirakı ilə Bakı şəhərində yarış avtomobillərinin yürüşü keçiriləcək.

Xatırladaq ki, "V1 Challenge Azerbaijan" yarışının təqdimatına hazırlıq məqsədilə avqust ayının sonlarında təlimlər təşkil edilib. Təlimlərdə yarışa qatılacaq pilot və hakimlərə nəzəri-praktik məşqlər keçirilib.

Məşhur "Voca People" qrupu da "V1 Challenge Azerbaijan" yarışının təqdimat şousunda səhnəyə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti