...

Əli Daei "Neftçi"yə gəlir?

İdman Materials 29 Sentyabr 2014 15:45 (UTC +04:00)
İranın "Perspolis" komandasının sabiq azərbaycanlı baş məşqçisi, tanınmış futbolçu Əli Daei "Neftçi" klubunu çalışdırmaq üçün danışıqlar aparır və ilkin razılıq əldə olunub.
Əli Daei "Neftçi"yə gəlir?

Azərbaycan, Bakı, 29 sentyabr /Trend müxbir Təmkin Cəfərov/

İranın "Perspolis" komandasının sabiq azərbaycanlı baş məşqçisi, tanınmış futbolçu Əli Daei "Neftçi" klubunu çalışdırmaq üçün danışıqlar aparır və ilkin razılıq əldə olunub. Bu barədə Trend İranın "Afkarnews" saytına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, Azərbaycanın "Neftçi" klubunun rəhbərliyi hazırkı baş məşqçi Arif Əsədovun işindən razı qalmağı üçün Ə.Daeiyə baş məşqçi olmaq təklif edilib.

Qeyd edək ki, İran yığmasının sabiq üzvü Ə.Daei "Perspolis" komandasından uzaqlaşdırılandan sonra İran futbol liqasında baş məşqçi kimi çalışmaq istəmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti