...

Neymarın atası klub alır

İdman Materials 30 Sentyabr 2014 11:21 (UTC +04:00)
“Barselona”nın və Braziliya yığmasının hücumçusu Neymarın atası Braziliyanın “Uberlandiya” klubunu almağı planlaşdırır.
Neymarın atası klub alır

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

"Barselona"nın və Braziliya yığmasının hücumçusu Neymarın atası Braziliyanın "Uberlandiya" klubunu almağı planlaşdırır. Bununla da o, futbolçular üzərində nəzarəti itirmək istəmir. Trend xəbər verir ki, bu barədə "Eurosport.ru" saytı yazır.

Ata Neymarın bu istəyi Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) agentlərin futbolçular üzərindəki hüquqlarını qadağan etməsi ilə bağlıdır. Вununla əlaqədar oyunçunun atası agentlərlə tərəfdaşlıqda Braziliyanın "Uberlandiya" klubu üzərində nəzarəti həyata keçirməyə cəhd göstərir. Bu, ona futbolçular üzərində hüquqlarını saxlamağa və onları Avropa klublarına satmağa imkan verəcək. Gələcək danışıqlar noyabrda keçiriləcək klub prezidentinin seçkilərindən asılı olacaq.

Xatırladaq ki, 2014-cü ilin yanvarında "Barselona"da Neymarın atasının iştirakı ilə korrupsiya qalmaqalı baş vermişdi. Kataloniyanın "Santos" klubundan futbolçunun transferinin araşdırılması nəticəsində məlum olmuşdu ki, hələ ittiham elan olunanadək istefaya getmiş "göy-qırmızılar"ın sabiq prezidenti Sandro Rassel 40 milyon avro mənimsəyib. Futbolçunun atası Neymarın agenti kimi aldığı məbləğdən vergi ödəməməkdə şübhəli bilinirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti