...

Yunanıstan çempionatının oyunları azarkeşin ölümünə görə təxirə salınıb

İdman Materials 30 Sentyabr 2014 11:27 (UTC +04:00)
Yunanıstan hökuməti ölkə çempionatının altıncı turunun oyunlarını qarşıdurma zamanı həlak olan azarkeşin xatirəsinə təxirə salmaq qərarına gəlib.
Yunanıstan çempionatının oyunları azarkeşin ölümünə görə təxirə salınıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Yunanıstan hökuməti ölkə çempionatının altıncı turunun oyunlarını qarşıdurma zamanı həlak olan azarkeşin xatirəsinə təxirə salmaq qərarına gəlib. Görüşlər istirahət günü keçirilməli idi. Trend-in məlumatına görə, bu barədə "Reuters" xəbər verir.

Sentyabrın 15-də "İrodos" və "Etinikos" klublarının fanatları arasında baş verən toqquşmada qonaq komandanın azarkeşi, 46 yaşlı Kostas Katsoulis kəllə-beyin travması alaraq komaya düşüb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Kostas sentyabrın 29-da vəfat edib.

Hökumətin qərarı digər futbol divizionlarının matçlarına, eləcə də oktyabrın 3-5 tarixlərinə təyin edilmiş basketbol üzrə Yunanıstan Kubokunun və həndbol üzrə ölkə çempionatının oyunlarına da şamil edilir.

Oyunların yeni tarixi hələlik müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti