...

Gələn ay əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının zona mərhələsi başlayır

İdman Materials 30 Sentyabr 2014 13:23 (UTC +04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən gələn ay əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü idman növləri üzrə IV Ümumrespublika yarışlarının zona mərhələsinə start veriləcək.
Gələn ay əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının zona mərhələsi başlayır

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən gələn ay əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü idman növləri üzrə IV Ümumrespublika yarışlarının zona mərhələsinə start veriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, respublikanın 10 zonasında təşkil olunacaq bu yarışlarda bütün bölgələrdən ümumilikdə min nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq idmanın şahmat, dama, nərd, stolüstü tennis və armrestlinq üzrə qüvvələrini sınayacaqlar. Zona turnirlərində qalib gələnlər cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaqlar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunan yarışları təcrübəli idman mütəxəssislərindən ibarət hakimlər heyəti idarə edəcək.

ƏƏSMN-in "2014-cü il üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq təşkil edilən yarışların qaliblərinə mükafatların, habelə iştirakçılara həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti