...

“Neftçi”nin yeni vitse-prezidenti müəyyənləşib

İdman Materials 1 Oktyabr 2014 14:11 (UTC +04:00)
Trend-in klubun saytına istinadən yaydığı xəbərə görə, klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş iclasda vitse-prezident vəzifəsinə Elnur Məmmədov təyin edilib.
“Neftçi”nin yeni vitse-prezidenti müəyyənləşib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

"Neftçi"nin yeni vitse-prezidenti müəyyənləşib.

Trend-in klubun saytına istinadən yaydığı xəbərə görə, klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş iclasda vitse-prezident vəzifəsinə Elnur Məmmədov təyin edilib.

O, komanda üzvlərinə və inzibati heyətə təqdim edilib. Təqdimat zamanı "Neftçi"nin prezidenti Sadıq Sadıqov yeni vitse-prezidentin təyinatı ilə bağlı fikirlərini bildirib:

"Bir müddət idi ki, "Neftçi"də vitse-prezident vəzifəsi boş idi. Bu vəzifəyə gənc və bacarıqlı bir insanı dəvət etdik. Elnur Məmmədov futbol sahəsində fəaliyyət göstərmiş və idarəçilik qabiliyyəti olan gənc mütəxəssisdir. Onunla "Neftçi"nin 8-ci km qəsəbə stadionunda keçirilmiş oyunlarında da həmsöhbət olmuşuq və Elnur Məmmədovun futbol sahəsindəki fəaliyyətinə bələdik.

"Neftçi" Azərbaycan futbolunun ən köklü klubudur. Bu komanda hər zaman ən yüksək yerlər və ən ali mükafatlar uğrunda mübarizə aparır. Məqsədimiz bu uğurların davamını gətirmək və daha böyük nailiyyətlərə imza atmaqdır. İnanıram ki, Elnur Məmmədov futbol sahəsindəki bacarığı ilə bizə bu işdə kömək edəcək. Ona gələcək işlərində uğurlar arzulayırıq və əminik ki, onun təyinatı klubumuz üçün faydalı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti