...

"Qəbələ" atıcılıq klubu Dünya Kubokunun finalına ev sahibliyi edəcək

İdman Materials 21 Oktyabr 2014 15:28 (UTC +04:00)
Oktyabrın 21-dən 28-dək “Qəbələ” atıcılıq klubu 2014-cü ildə Olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun final yarışlarına (ISSF World Cup Final - 2014) ev sahibliyi edəcək.
"Qəbələ" atıcılıq klubu Dünya Kubokunun finalına ev sahibliyi edəcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Oktyabrın 21-dən 28-dək "Qəbələ" atıcılıq klubu 2014-cü ildə Olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun final yarışlarına (ISSF World Cup Final - 2014) ev sahibliyi edəcək.

Klubdan Trend-ə verilən məlumata görə, yarışlar "Qəbələ" atıcılıq klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Dünya Kubokunun final yarışları 7 mərhələdən ibarətdir və il ərzində Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatıda (Qazaxstan) keçirilib.

"Qəbələ" atıcılıq klubunda təşkil olunacaq Dünya Kubokunun final yarışlarına vəsiqə qazanmaq üçün idmançılar bu mərhələlərdə iştrak edərək dünya reytinqində xal toplayıblar.

Güllə və stend Olimpiya atıcılıq növləri üzrə dünya reytinqində qərarlaşmış 280 idmançı yarışlarda mübarizə aparacaq.

Bu yarışlar 2014-cü il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur və bu səbəbdən iştirak edəcək ölkələrin sayının 40-a çatdığı, ümumilikdə 500-dən artıq idman nümayəndəsinin və Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, federasiyanın baş katibi Frans Şrayber və Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisinin də iştirak edəcəyi öz təsdiqini tapıb.

Ölkəmizi bu yarışlarda Nurlanə Cəfərova və Emin Cəfərov (hər ikisi dairəvi stend), İradə Aşumova və Ruslan Lunev (hər ikisi güllə atıcılığı) təmsil edəcəklər.

Qeyd edək ki, turnirin ilk günü - 22 oktyabr tarixində Heydər Əliyev adına Konqres Mərkəzində dəvət olunmuş qonaqlar, turnirin iştrakçıları, beynəlxalq nümayəndə heyəti və media üzvləri üçün yarışların təntənəli rəsmi açılış mərasimi keçiriləcək.

23-27 oktyabr tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı ISSF TV vasitəsilə canlı yayımlanacaq.

Yarışın rəsmi sponsorları "Gilan Holdinq", "Jalə", "Milla", LG,
"I'm tea", "Zolotoy sad", "Bağdan", "Chipsim", SUIS və "Адамас" şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti