...

Sabah çövkən üzrə 3-cü Azərbaycan çempionatına start veriləcək

İdman Materials 21 Oktyabr 2014 18:23 (UTC +04:00)
Sabah Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən üzrə 3-cü Azərbaycan çempionatına start veriləcək.
Sabah çövkən üzrə 3-cü Azərbaycan çempionatına start veriləcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Sabah Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən üzrə 3-cü Azərbaycan çempionatına start veriləcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, yarış 4 gün davam edəcək. Azərbaycan çempionatında may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar iştirak edəcəklər. Ümumi mükafat fondu 50 min manat təşkil edən yarışda "Sərhədçi", "Ağcabədi", "Polad", "Balakən", "Ağstafa", "Ağdam", "Laçın", "Şəki" və "Kövsər" komandaları mübarizə aparacaqlar.

Bu gün keçirilən püşaktma mərasimindən sonra yarışın təqvimi aşağıdakı kimi müəyyənləşdirilmişdir:

22/10/2014

12:00 - 12:40 "Kövsər" - "Ağdam"
13:00 - 13:40 "Laçın" - "Balakən"

23/10/2014

12:00 - 12:40 "Ağcabədi" - "Polad"
13:00 - 13:40 "Ağstafa" - "Sərhədçi "

24/10/2014

12:00 - 12:40 1-ci yarımfinal oyunu
13:00 - 13:40 2-ci yarımfinal oyunu

26/10/2014

12:00 - 12:40 3-cü yer uğrunda oyun
13:00 - 13:40 Final oyunu

Qeyd edək ki, çövkən oyununda hər komanda 5 oyunçu və 1 ehtiyat oyunçudan ibarətdir. Oyunçulardan 2-si müdafiəçi, 3-ü isə hücumçu funksiyasını yerinə yetirir. Oyunçular yalnız milli geyimdə olmalıdır. Komandaların geyimləri müəyyən elementlərlə fərqlənməlidir. Görüş hər biri 15 dəqiqə olmaqla 2 hissədən ibarətdir. Qarşılaşmanın 1-ci yarısından sonra komandalar 10 dəqiqə istirahət edirlər. Oyun heç-heçə bitdiyi halda qalib komandanı müəyyən etmək məqsədilə görüşə hər biri 5 dəqiqə olmaqla 2 əlavə hissə, final qarşılaşmasına isə hər biri 10 dəqiqə olmaqla 2 hissə əlavə edilir. Əlavə vaxtda qalib müəyyən olunmadıqda hər komandaya 11 metrlik 5 zərbə təyin olunur. Bu halda yenə hesab heç-heçə olarsa, komandalar ilk itirilən topa qədər zərbələrin vurulmasını davam etdirirlər.

Oyunları "İdman Azərbaycan" telekanalı ilə izləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti