...

Azərbaycanın 3 velosipedçisi "Tour of Hainan"da ilk "onluq"dadır

İdman Materials 23 Oktyabr 2014 18:00 (UTC +04:00)
Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü davam edir. Xatırladaq ki, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.
Azərbaycanın 3 velosipedçisi "Tour of Hainan"da ilk "onluq"dadır

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü davam edir. Xatırladaq ki, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün keçirilən 4-cü mərhələdə iştirakçılar 145.8 km məsafə qət ediblər. Velosipedçilərimizin hamısı - Ənvər Asanov, Elçin Əsədov, Aleksandr Surutkoviç, Maksim Averin, İsmayıl İlyasov, Samir Cəbrayılov və Kristof Şvayzer finişi mərhələ qalibindən 2 saniyə sonra keçən pelotonun içərisində olublar - 3 saat, 16 dəqiqə, 1 saniyə.

Bu nəticə "Synergy Baku"nun komanda hesabında 4-cü pillədəki mövqeyini qorumağa şərait yaradıb. Fərdi sıralamaya gəlincə, ilk "onluq"da komandamızın 3 üvzü var - Samir Cəbrayılov 8-ci, Aleksandr Surutkoviç 9-cu, 3-cü mərhələdə 2-ci olan Maksim Averin isə 10-cudur.

Sabah keçiriləcək 5-ci mərhələdə velosipedçilər 192,8 km məsafə qət edəcəklər. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti