...

Bakı 2015 Avropa Oyunları “Avropa Oyunları hər kəs üçün” adlı rayon məktəbləri turuna başlayır

İdman Materials 24 Oktyabr 2014 11:04 (UTC +04:00)
Məktəb şagirdlərini gələn ilin yayında keçiriləcək İlk Avropa Oyunları haqqında məlumatlandırmaq və maarifləndirmək məqsədilə Bakı 2015 Avropa Oyunları bu gün Azərbaycan məktəbləri arasında “Avropa Oyunları hər kəs üçün” adlı ümummilli tura başlayacaq.
Bakı 2015 Avropa Oyunları “Avropa Oyunları hər kəs üçün” adlı rayon məktəbləri turuna başlayır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Məktəb şagirdlərini gələn ilin yayında keçiriləcək İlk Avropa Oyunları haqqında məlumatlandırmaq və maarifləndirmək məqsədilə Bakı 2015 Avropa Oyunları bu gün Azərbaycan məktəbləri arasında "Avropa Oyunları hər kəs üçün" adlı ümummilli tura başlayacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) bir qrup işçisindən ibarət komanda növbəti səkkiz ay ərzində ölkənin 57 rayonuna səfər edərək bir sıra təqdimatlar, mühazirələr və idman nümayişləri keçirəcəklər. Bu barədə Trend-ə BEGOC-dan bildirilib.

Bakı 2015 komandası, 500-dən çox məktəbə səfər edərək 14-17 yaş arası ölkə gəncləri arasında Azərbaycanda indiyədək keçiriləcək ən böyük idman yarışları barəsində ətraflı məlumatlandırma işi aparmaqla onları yarışlara həvəsləndirməyi planlaşdırır.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: "Birinci Avropa Oyunlarının özündən sonra qoyacağı uzunmüddətli irsin bir hissəsi Azərbaycanın ilk inkişaf mərhələsini yaşayan idmançılarının həvəsləndirilməsindən ibarətdir.

Bakı 2015 mesajını ölkədə yaymaqla, Rayon Məktəbləri Turu təşkilatçı şəhərdə insanlarda yaranmış həyəcanı ölkənin rayonlarında da paylaşılmasına kömək edəcək.

Bütün Azərbaycan Bakı 2015-in əldə etdiyi nailiyyətlər ilə fəxr edəcək, ona görə də, ölkə gənclərinin Avropa Oyunları barədə ətraflı məlumatlandırılmasına və maarifləndirilməsinə köməklik göstərməyimiz vacibdir".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov demişdir: "Bakı 2015 Avropa Oyunları Azərbaycanın tarixində çox mühüm məqamdır və biz Oyunlarla bağlı yaşadığımız həyəcan hissini və əldə etdiyimiz irəliləyişlərlə bağlı xəbərləri ölkənin bütün rayonları ilə paylaşmaq istəyirik.

Gənclərimiz ilk dəfə olaraq dünya səviyyəli idman obyektlərində keçiriləcək elit idman yarışlarını izləmək imkanı əldə edəcəklər. Biz onların Avropa Oyunları haqqında məlumatlı olması və Oyunlarla bağlı istənilən informasiyanı asanlıqla əldə etməsindən əmin olmaq istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti