...

Avropa futbol klubları Qətərdə DÇ 2022-nin may ayında keçirilməsinə tərəfdardırlar

İdman Materials 24 Oktyabr 2014 12:40 (UTC +04:00)
Assosiasiya üzvlərinin fikrincə, dünya birinciliyinin mayda keçirilməsi çox narahatlıq yaratmayacaq.
Avropa futbol klubları Qətərdə DÇ 2022-nin may ayında keçirilməsinə tərəfdardırlar

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Avropa Futbol Klubları Assosiasiyası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının iyun-iyul aylarında deyil, mayda keçirilməsini təklif etmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə TASS Britaniya mətbuatına istinadən xəbər yayıb.

Assosiasiya üzvlərinin fikrincə, dünya birinciliyinin mayda keçirilməsi çox narahatlıq yaratmayacaq.

Bir müddət əvvəl FİFA rəhbəri Yozef Blatter bəyan etmişdi ki, Qətərin iqlimi ilə əlaqədar futbol üzrə 2022-ci il dünya çempionatının noyabr və dekabr aylarında keçirilməsini ən yaxşı variant hesab edir.

FİFA dəfələrlə yayda Qətərdə güclü istilərin olması ilə əlaqədar 2022-ci il dünya çempionatının keçirilməsi tarixini dəyişdirməyin mümkünlüyünü bəyan edib. Turnirin start götürəcəyi iyun ayında havanın temperaturu 49 dərəcə isti ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti