...

Fransa yığması Azərbaycan millisinə qarşı

İdman Materials 24 Oktyabr 2014 14:40 (UTC +04:00)
2014-cü il dekabrın 4-də Parisdəki Qış Sirkində güləş üzrə Fransa və Azərbaycan yığmaları qarşılaşacaq.
Fransa yığması Azərbaycan millisinə qarşı

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

2014-cü il dekabrın 4-də Parisdəki Qış Sirkində güləş üzrə Fransa və Azərbaycan yığmaları qarşılaşacaq.

Trend Heydər Əliyev Fondunun saytına istinadən xəbər verir ki, "Bakı-2015" birinci Avropa oyunlarının təqdimat kompaniyası çərçivəsində keçiriləcək yoldaşlıq görüşündə komandalar Roma-Yunan, sərbəst və qadın güləşi üzrə üç növdə güclərini sınayacaqlar. 8 çəki dərəcəsində keçirilən yarışda ümumi hesabla irəli çıxan komanda qalib hesab olunacaq.

Yoldaşlıq görüşünü 1600-dək tamaşaçı izləyə biləcək. Yarışdan sonra təşkil olunan rəsmi hissədə Azərbaycan idmanının bugünkü inkişaf və uğurları, eləcə də I Avropa Oyunlarına dövlət səviyyəsində aparılan hazırlıq haqqında məlumat veriləcək. Mərasimdə Fransanın siyasi dairələrindən və ictimaiyyətdən xüsusi dəvət olunmuş 200-dək qonağın iştirakı nəzərdə tutulur.

Biletləri aşağıdakı linkdən əlverişli tariflərlə əldə edə bilərsiniz:

http://www.ticketmaster.fr/fr/resultat?ipSearch=lutte+cirque+d%27hiver

Məqalədə:
Xəbər lenti

Xəbər lenti